1,92 milyarddan çox istifadəçisi olan Feysbuk sosial şəbəkəsində saxta profillərlə bağlı məlumat açıqlanıb.
Unikal.org xəbər verir ki, açıqlamada sistemdə qeydiyyatdan keçmiş profillərin 13 faizinin (təxminən 250 milyon) saxta olduğu bildirilib.
Həmçinin bildirilib ki, yeni tətbiq edilən alqoritm vasitəsilə belə profillər avtomatik tapılacaq.
Şirkətin maliyyə müdiri Deyvid Vehner bildirib ki, real olmayan profillərə heç bir şans verilməyəcək və şəbəkə belə hesablardan xilas ediləcək.