Nəsimi rayon Məhkəməsində "Nurgun Motors" şirkətlər qrupunun rəhbərinin oğlu Nurxan Əliyevin məhkəmə prosesi keçirilib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, hakim Elman İsayevin sədrlik etdiyi iclasda qərar qəbul edilib. Qərara görə, N. Əliyev 15 gün müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib.
N. Əliyev İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin əmrinə tabe olmama) maddəsinə əsasən ittiham edilib.
Noyabrın 5-dən 6-na keçən gecə Bakının Nəsimi rayonu ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ilə avtomobil sahibi arasında insident baş verib.
"İnfiniti" markalı avtomobilin sərnişini Əliyev Nurxan Nuru oğlu yol ilə paralel hərəkət edən YPX avtomobilinin əməkdaşlarını təhqir edib. Polisin "Saxla! əmrinə tabe olmayan sürücü ikinci "Saxla! əmrindən sonra avtomobili dayandırıb. N. Əliyev polis bölməsinə aparılıb.