Bakı Apellyasiya Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə onların müsadirə olunan əmlakları ilə bağlı qərar verilib.
Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, hakim Qədim Babayevin icraatında olan prosesdə təqsirləndirilən şəxslərin 2009-cu ildən öncə əldə etdikləri əmlakların üzərindən həbs götürülüb və onların özlərinə qaytarılıb.
Qeyd edək ki, dünənki qərarla Vidadi Zeynalovun cəzası 4 ilə, Beytulla Hüseynovun cəzası isə 7 il 6 aya endirilib.
Namazalı Məmmədov, Anar Mustafayev, Emin Məmmədov və Qəmbər Bəybalayevə şərti cəza verilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.
"Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Oktay Rüstəmov, Cəlil Cəfərov, Səhrab Hümmətov, Bayram Vəliyevə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıblar.