Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Poylu stansiyasında baş verib.
Belə ki, Ağstafa rayon sakini, 1966-cı il təvəllüdlü Mirəhməd Malik oğlu İsgəndərov mübahisə zəminində bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumatlara görə, M.İsgəndərov yeznəsi tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.