Noyabrın 2-də Türkiyədə saxlanılan "Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevin cinayət işləri üzrə ibtidai istintaqın müddəti daha 14 günə qədər uzadıla bilər.

Bu barədə Unikal.org-un soruğusuna cavab olaraq İstanbul Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən bildirilib.

Vurğulanıb ki, Türkiyə qanunvericiliyinə uyğun olaraq saxlanılan hər hansı bir şəxsin cinayət əməlinin olub-olmaması ilə bağlı istintaq müddəti 7 gündən 14 günə qədər uzadıla bilər. Əgər işi aparan müstəntiq 7 gün ərzində apardığı istintaq hakimi qane etməssə, bu müddət daha 7 gün uzadıla bilər.
Saxlanılan Namiq Canıyev və digərlərinin istintaq prosesi sabah yekunlaşır. Əgər müstəntiqin cinayət işi ilə bağlı apardığı istintaq materialı hakimi qane etməsə, bu proses daha 7 gün uzadılacaq.
Hazırda Namiq Canıyev və digərləri polis nəzarəti altında saxlanılır.

Namiq Canıyev və digərlərinin sağlıq durumu da yaxşıdır.

İdarədən o da deyilib ki, Türkiyə qanunlarına uyğun olaraq Namiq Canıyevlə bağlı daha ətraflı məlumatı vəkili və ailəsinə verə bilərik.

Xatırladaq ki, həbsdən buraxıldıqdan sonra İstanbulda köçən məşhur kriminal avtoritet "Lotu Qulini öldürmək üçün gedən Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin və o, cümlədən "Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev saxlanılıblar.