Xəbər verdiyimiz kimi, noyabrın 2-də həbsdən buraxıldıqdan sonra İstanbulda köçən məşhur kriminal avtoritet "Lotu Qulini öldürmək üçün gedən Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin və o, cümlədən "Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev İstanbulun Bakırköy rayonunda yerləşən "Ömür alışveriş mərkəzində saxlanılıb. İddalara görə, killer dəstəsinə öldürülmüş "qanuni oğru Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev və "Maxləqəbli Sabri Şirin başçılıq edib.
Unikal.org xəbər verir ki, İstanbul Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi istintaqın bəzi detallarını mediaya sızdırıb.
Xəbərdə bildirilir ki, Namiq Canıyev "Maxləqəbli Sabri Şirinə qardaşının qatilini öldürmək üçün 5 milyon dollar pul verərəkən yaxalanıb.
Həmin əməliyyatdan görüntüləri sizlərə təqdim edirik: