Noyabr ayının 4-ü, gecə saat 5:00 radələrində Gəncədə müəmmalı qətl hadisəsi baş verib.

Öldürülən şəxs güləş üzrə idman ustası, Gəncədəki "Təhsil idman kompleksinin keçmiş direktor müavini, sahibkar, "Qoşu ləqəbli Qoca Tofiq oğlu Quliyevdir.

Unikal.org Gununsesi.info-ya istinadən xəbər verir ki, qətl hadisəsi mərhum Qoca Quliyevin şəxsi obyekti sayılan "Çinar restoranında baş verib.

Hadisə ilə bağlı Gəncənin hüquq-mühafizə orqanları araşdırma aparır.

Mərhum Qoca Quliyev Azərbaycan cəmiyyəti üçün məşhur personalardan hesab olunurdu və "Qoçu ləqəbi ilə tanınırdı. Ötənlərdə bir neçə dəfə həbsdə olmuşdu. Mərhumun baş nazirin keçmiş müavini Abbas Abbasovun yaxın qohumu olduğu deyilir.