Azərbaycan XİN xarici KİV-lərdə İraq hərbçilərinin İŞİD-lə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı qadının saxlanılmasına dair yayılan xəbərə münasibət bildirib. 

Unikal.org bildirir ki, xəbəri APA-ya şərh edən Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu kimi məlumatların yeni olmadığını və araşdırıldığını bildirib.
"Bu kimi məlumatlar yeni deyil. Faktlar araşdırılır və öyrənilir. Azərbaycan tərəfi İraqdakı səfirliyimiz vasitəsilə məsələ ilə əlaqədar İraqın müvafiq qurumları ilə daimi əsasda təmasdadır, - deyə Hikmət Hacıyev qeyd edib.
Qeyd edək ki, iraqlı deputat Vian Dahil bir qədər əvvəl hərbçilərin İŞİD-lə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı və 512 rusiyalı qadını saxladıqlarını bəyan edib.
Deputanın bildirdiyinə görə, saxlanılan qadınlar həbsxanaya yerləşdirilib.
V.Dahil qadınların harada və nə vaxt saxlanıldığını açıqlamayıb.
İraqın Müdafiə Nazirliyindəki mənbə 512 rusiyalı qadının saxlanılması barədə məlumatı "RİA Novostiyə təkzib edib.
"Saxlanılanlar var, lakin onlar çox deyil və müxtəlif ölkələrin vətəndaşlarıdır, - deyə mənbə əlavə edib.