Gözləmədiyimiz bir hadisə ilə qarşılaşdığımız zaman, cəmiyyətdə və ya başqa bir yerdə yaşadığımız utanc səbəbindən adətən üzümüz qızarır və bu, təbii hal hesab edilir. Bəs utananda bədəninizdə başqa hansı dəyişikliklər olduğunu bilirsiniz?
Unikal.org xəbər verir ki, utananda təkcə üzünüz yox, mədəniz də qızarır. Bunun səbəbi utananda bədənimizin yüksək adrenalin istehsal etməsidir. Bu hormon qan dövranını sürətləndirir və nəticədə təkcə üzünüz deyil, mədənizin üst qatı da qızarır.