Bakıda yaşayış binasında yanğın söndürülüb. 

Unikal.org-un xəbərinə görə, Binəqədi rayonu, Fərman Məlikov küçəsində yerləşən 16 mərtəbəli binada baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb 

Faktla bağlı araşdırmalara başlanılıb.

xxx

Bakıda çoxmərtəbəli binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən Unikal.org-a verilən məlumata görə, yanğın paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon, Fərman Məlikov küçəsindəki 17 mərtəbəli binanın 13-cü mərtəbəsindən başlayıb.

Hadisə yerinə FHN-in canlı qüvvə və texnikaları cəlb olunub.

15 nəfər bina sakini təxliyə edilib.

Artıq alovun yayılmasının qarşısı alınıb. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, binanın yuxarı mərtəbəsində bir neçə nəfər qalıb. Tüstüdən zəhərlənmə təhlükəsi ilə üzləşən həmin bina sakinləri hələ xilas edilməyib.



xxx

Bakıda çoxmərtəbəli binada yanğın baş verib.

Unikal.org bildirir ki, yanğın 7-ci mikrorayon, Fərman Məlikov küçəsindəki 17 mərtəbəli binanın 17-ci mərtəbəsində qeydə alınıb.
Şahidlərin sözlərinə görə, yanğın 14-cü mərtəbəyədək yayılıb.
Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri çalışır.