Türkiyənin Çorum əyalətində iyrənc hadisə baş verib. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddətdir öz itinə təcavüz edən manyak saxlanılıb.

Həmin şəxs kanqal cinsi olan itə təcavüz edərkən kəndlilər tərəfindən telefonun kamerasıyla çəkilib. Jandarma komandanlığı hadisəyə müdaxilə edib. Həmin şəxs nəzarətə alınıb və sorğulandıqdan sonra prokurorluğa sövq edilib. İt isə qoruma altına alınıb.

Sakinlər həmin şəxsin həyat yoldaşı kənddən getdikdən sonra davamlı oraq iyrənc hərəkətlər etdiyini, ancaq ondan qorxduqları üçün müdaxilə edə bilmədiklərini deyib.

Təcavüzkar şəxsin hərəkətinə qarşı necə mübarizə aparmaq lazım olduğunu bilməyən kəndlilər görüntüləri sosial şəbəkədə paylaşmaq ictimayi rəy yaratmaq qərarına gəliblər. Həmçinin kəndlilər iyrənc fotoları heyvan hüquqları müdafiəçiləri ilə də paylaşıblar.