Külli miqdarda oğurluqda təqsirləndirilən və məhkəmədən yayındığı üçün axtarışa verilən Gülbəniz Kərimova həbs edilib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, G. Kərimova Ucarda saxlanılıb. Onun işi bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılırdı. Sentyabrın 7-də prokuror ona 8 il həbs cəzası istəyib.
Barəsində başqa yerə getməmə haqqında iltizam tədbiri seçilən G. Kərimova həbsdən qorxduğu üçün məhkəmədən yayınıb.
Sonra məhkəmə onun barəsində axtarış qərarı çıxarıb.
Qeyd edək ki, Gülbəniz Kərimova 2016-cı ilin may ayından bu ilin fevral ayına qədər olan müddətdə xadimə işlədiyi Gülmirə Bədəlovaya məxsus mənzildən külli miqdarda qızıl-zinət əşyaları, qadın paltarları oğurlamaqla ona 14 min 725 manat ziyan vurub.
Törətdiyi əmələ görə G. Kərimovaya Cinayət Məcəlləsinin 177. 3.2-ci (oğurluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində başqa yerə getməməklə bağlı iltizam qətimkan tədbiri seçilib.