Türkiyədə azərbaycanlı tələbə partlayış zamanı ölüb.
Unikal.org xəbər verir ki, Samux rayonunun Qarabağlılar kənd sakini, 1968-ci il təvəllüdlü İsrafil Etibar oğlu Allahverdiyev və onun həyat yoldaşı 1972-ci il təvəllüdlü Aynurə Əşrəf qızı Allahverdiyeva Türkiyədə təhsil alan övladlarına baş çəkmək üçün ora gediblər. Onların qaldığı evdə noyabrın 7-də qaz partlayıb. Hər iki valideyn yanıq xəsarətləri alıb, onların övladı Nurlan isə aldığı xəsarətlərdən Türkiyədə dünyasını dəyişib. Valideynlər Azərbaycana gətirilib. Ağır yanıq xəsarətləri alan İ.Allahverdiyevin vəziyyəti pisləşib.
Məlumata görə, valideynlərinin Nurlanın ölümündən xəbəri yoxdur.(report)