Azərbaycanda növbəti dəfə zəlzələ olub.

Unikal.org  xəbər verir ki,  təkanlar Bərdə, Yevlax, Mingəçevir və digər rayonlarda hiss edilib.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin bildirilib ki, Azərbaycandakı zəlzələnin gücü 5 bala yaxın olub: "Zəlzələ Ağdam və Bərdədə qeydə alınıb. Zəlzələnin maqnitudası 4,7 olub. İlkin məlumatlara əsasən, yerli vaxtla saat 17:27-də Ağdam ərazisində zəlzələ qeydə alınmışdır. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub".