Türkiyədə Balıkesir polisi vilayətdə dilənçilərə qarşı əməliyat keçirib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyat zamanı polisi şoka salan dilənçi də tutulub. Belə ki, Balıkesir vilayətinin bazarların birində dilənçi saxlanılıb və onun üzərindən 2 min 237 lirə pul çıxıb.
Polis 30 yaşındakı Himmet M.-yi bələdiyyə polis mərkəzinə gətirib. Burada onun üzərində yerləşdirdiyi torbada külli miqdarda qəpik pullar aşkar edib.
5 polis əməkdaşı sözügedən dilənçinin pulunu diqqətlə saymağa başlayıblar. Məlum olub ki, 2 min 237 lirə qəpik pul təşkil edib.
Hikmət üzərində çıxan pulun bir qismini dilənçilik, bir qisminin də fəhləliklə qazandığını deyib:
"Demir paraları bu gün Dursunbeydə özüm topladım. Kağız pullar özümün. Bir daha bu ərazidə dilənçilik etməyəcəm. Kayseriliyim amma Afyonda çalışıram. Başqa yerlərdə heç vaxt dilənmirəm.
Polis qanunvericiliyə uyğun olaraq Hikməti 109 lira cəzalandıraraq sərbəst buraxıb.