Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.
Unikal.org-un APA-ya istinadən məlumatına görə, qəza Ələt-Astara magistralının Salyan rayonunun Yenikənd kəndi ərazisində keçən hissəsində qeydə alınıb.
"Evrascon" ASC-yə məxsus yük avtomobilinin beton dirəyə çırpılması nəticəsində bir nəfər hadisə yerində ölüb, Biləsuvar sakini, 1993-cü il təvəllüdlü Həsənov İmaməli Xeyrulla oğlu isə xəsarət alaraq Salyan rayon xəstəxanasına yerləşdirilib.
Report xəbər verir ki, ölən şəxs Qəbələnin Zarağan kəndindən olan 1965-ci il təvəllüdlü Mürvət Nəsibovdur.
Faktla bağlı araşdırma aparılır.