Bakıda gecə klubunda insident yaşanıb.
Unikal.org Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə gecə saat 02 radələrində Rəşid Behbudov küçəsində yerləşən "Seyf klubda baş verib.
Klubda müştərilər arasında yaranan mübahisə zamanı Nahid adlı şəxs 1996-cı il təvəllüdlü Gülarə İsayevanı döyüb, sonra isə bıçaq çıxararaq vuracağı ilə hədələyib. Klubdakı insanlar onları sakitləşdiriblər.
21 yaşlı klubdan ayrılaraq polis bölməsinə gedib və onu döyən şəxsdən şikayət edib. Araşdırma aparılır.