Bakıda qadın dünyaya gətirdiyi körpəsini binalardan birinin giriş blokuna atıb.
Unikal.org goldnews.az-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində qeydə alınıb. Belə ki, yerli polis idarəsinə binalardan birinin giriş qapısına yeni doğulmuş körpənin zənbilə qoyularaq atıldığı barədə məlumat daxil olub. Dərhal əraziyə yollanan polis əməkdaşları körpəni götürərək müvafiq prosedurları həyata keçiriblər.
Hazırda yeni doğulan qız uşağını atan valideynlər axtarılır.