Biləsuvarın Amankənd kəndi ərazisində yol qəzası baş verib.
 
Unikal.org Report-a istinadən xəbər verir ki, qəza sərnişin daşıyan "Qazel markalı marşrut mikroavtobusun qəfil yola çıxan iribuynuzlu heyvanı vurması nəticəsində qeydə alınıb.

Nəticədə xəsarət alan olmasa da, heyvan tələf olub və mikroavtobusa xeyli ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.