Qazaxda polis əməkdaşı qəzaya düşüb.

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Bakı-Qazax yolunun 475-ci kilometrliyində Qazax rayon Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Yasin Hacıyevin sürdüyü "Mercedes ilə 1985-ci il təvəllüdlü Orxan Qurbanovun sürdüyü "VAZ 2106 toqquşub. Nəticədə Orxan Qurbanov ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.