Salyan rayonunda yanğın olub.

Unikal.org report-a istinadən xəbər verir ki, axşam saatlarında Salyan şəhərinin mərkəzində fəaliyyət göstərən "Kür" hoteli yanmağa başlayıb.

Hadisə yerinə FHN-nin Salyan rayon Yanğından Mühafizə Hissəsinə məxsus yanğınsöndürənlər cəlb olunub. Hazırda yanğının sömdürülməsi istiqamətində işlər görülür.

Faktla bağlı araşdırma aparılır.