Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonunda ümumi sahəsi 35 m² olan qazanxananın taxtadan ibarət divar üzlüyü 20 m² sahədə və 5 p.m elektrik kabeli yanıb.

Qazanxananın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.