Şəkidə 57 yaşlı qadın bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
Unikal.org APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında rayonun Cumakənd kənd sakini, 1960-cı il təvəllüdlü Sevdigül Aslan qızı Məmmədova müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
MRX-dan bildirilib ki, müayinə zamanı Sevdigül Məmmədovanın yaşadığı ünvanda xurma yığan zaman ağacdan yıxılması məlum olub.
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Sevdigül Məmmədovaya qapalı kəllə-beyin travması dioqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.