Bu gün Gəncədən 53 kilometr cənub-qərbdə, Samux rayonu ərazisində 3,5 bal gücündə zəlzələ baş verib.
Bu barədə unikal.org-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 17:54:27-də qeydə alınıb.
Ocağı 11 kilometr dərinlikdə yerləşən, maqnitudası 3.5 olan zəlzələ hiss olunmayıb.