Bu ilin oktyabr ayı ərzində dövlət sərhədini pozdövlət sərhədini pozduqlarına görə 39 nəfər saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən unikal.org-a verilən məlumata görə, onların 16 nəfəri Azərbaycan, 8 nəfəri Özbəkistan, 6 nəfəri Tacikistan, 2 nəfəri İran, 2 nəfəri Pakistan, 1 nəfəri RuÂÂÂsiya, 1 nəfəri Moldova, 1 nəfəri Qırğızıstan, 1 nəfəri Şri-Lanka, 1 nəÂfəÂri HinÂÂdistan vətəndaşları olub.
Sərhəd rejim pozucusu qismində 17 halda 38 nəfər saxlanılaraq baÂÂrələrində müvafiq tədbirlər görülüb.
Dövlət sərhədindən keçid məntəqələrində rejim qaydalarını pozÂduqÂlaÂrıÂna görə 2168 nəfər, o cümlədən ölkədən çıxışı qadağan olunduÂğuna görə 1158, ölkəyə girişi qadağan olunduğuna görə 117, vizası olÂmadığına görə 302, vizasının və pasportunun müddəti bitdiyinə görə 152, müvafiq sənədi olmadığına görə 95, ölkədə müddətdən artıq qalÂdığına göÂrə 161, etibarnaməsi olmadığına görə 183 nəfər dövlət sərÂhəÂdindən buÂraxılÂmaÂyıb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 478 nəÂfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədÂbirləri nəticəsində 1 kq 758,88 qram narkotik maddə aşkar edilərək götüÂrülÂüb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keÂçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 269 min 310 min manat olan qaçaqmal, o cümlədən 2 ədəd tüfəng, 1 ədəd RQD-5 əl qumÂbarası, 2 ədəd qayıq, 1 ədəd xəncər, 35000 ABŞ dolları, 2190000 RuÂsiÂya rublu, 4769 qutu pirotexniki vasitə, 931 qutu siqaret, 131 ədəd mobil teÂlefon, 3854 ədəd müxtəlif növ dərman preparatları, spirtli içkilər, səÂnaÂye və kənd təsərrüfatı malları saxlanılıb.