Fövqəladə Hallar Nazirliyi Lənkəran rayonunda yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın barədə məlumat yayıb.

FHN-dən unikal.org-a daxil olan məlumatda deyilir ki, Lənkəran rayonunun Separadi kəndində yanacaqdoldurma məntəqəsinin ərazisində həcmi 20 ton olan yeraltı yanacaq çəninin qapağı yanıb.

Yanğın yanğın bölmələri çatana kimi söndürülüb.

Hadisə zamanı 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və yanğınsöndürənlər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən xəstəxanaya aparılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

16:06

Lənkəranda yanacaqdoldurma məntəqəsində xəsarət alanların kimliyi məlum olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, onlar yanacaqdoldurma məntəqəsinin sahibi Çingiz Allahverdiyev və həmkəndlisi Tərlan Məmmədovdur. Yanıq xəsarəti alan hər iki şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ç. Allahverdiyevin vəziyyətinin ağır olduğu deyilir. Onlar reanimasiya şöbəsindədirlər.

Qeyd edək ki, yanacaq dolduran boruda sızma baş verib, bu zaman yanğın olub.

15:16

Lənkəran rayonunda yanacaqdoldurma məntəqəsində partlayış olub.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Separadi kəndində baş verib.

Nəticədə iki nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıblar. Həkimlər yaralılardan birinin vəziyyətini ağır kimi qiymətləndiriblər. O, reanimasiyaya yerləşdirilib.