Qobustan rayonunda qohumlar arasında dava düşüb.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Cəngi yaşayış massivində qeydə alınıb.
Belə ki, Qobustan rayonu, Ələbşalbaş kənd sakini, 1989-cu il təvəllüdlü Mahir Əbdülhüseyn Hüseynov oğlu ilə dayısı oğlu, Bəklə kənd sakini, 1997-ci il təvəlldülü Ramin Şahmirzə oğlu Kərimov arasında mübahisə yaranıb. Mübahisə daha sonra münaqişəyə çevrilib. Nəticədə R.Kərimov bibisi oğluna vintaçanla xəsarət yetirib, M.Hüseynov isə dayısı oğlunun başına bellə vurub. Hər iki şəxs Qobustan Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Qohumların Cəngi yaşayış massivində heyvandarlıqla məşğul olduqları və davanın da otlaq sahəsi üstündə düşdüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.