Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, rayonun Bəşirabbas kəndi ərazisində "Oka və "Zaporojets markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində 12 nəfər xəsarət alıb. Xəsarət alanlardan 11 nəfər Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, bir nəfər isə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılardan 6 nəfərin vəziyyəti orta ağırdır.

Məlumata görə, xəsarət alan şəxslər toydan qayıdırmış.

Qəzanın səbəbləri araşdırılır.

Faktla bağlı araşdırma aparılır.