Yevlax rayonunda "Hyundai markalı minik avtomobili qəza nəticəsində yol kənarındakı kanala düşüb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, qurumun xilasediciləri hadisə yerinə cəlb olunublar. Onlar avtomobildə köməksiz vəziyyətdə qalmış 3 nəfəri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.