Bu gün Xəzər dənizində üçüncü dəfəzəlzələbaş verib.
Unikal.org AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbərinə görə,zəlzələyerli vaxtla saat 15:18-də qeydə alınıb.
Maqnitudası 3,3, dərinliyi 30 km olan zəlzələ hiss edilməyib.
15:17
Xəzər dənizində yenidən zəlzələ olub.
Bu barədə unikal.org-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Məlumata görə, təkanlar ilkin məlumatlara əsasən yerli vaxtla saat 14:25:43-də qeydə alınıb. Maqnitudası 3.2, dərinliyi 60 km olan zəlzələ hiss olunmayıb.
09:47
Xəzər dənizində zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Unikal.org-a verilən məlumata görə, təkanlar yerli vaxtla saat 08:36:11-də qeydə alınıb.
Maqnitudası 3.2, dərinliyi 60 km olan zəlzələ hiss edilməyib.