Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Kotavan kəndi yaxınlığında qeydə alınıb.

Belə ki, Kotavan kəndi isiqamətinə hərəkət edən "VAZ-2107 markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Nəticədə iki nəfər - Zərdab rayon sakini, 1991-ci il təvəllüdlü Elçin Bəxtiyar oğlu Səfərli və Ağcabədi rayon sakini, 1990-cı il təvəllüdlü Fərid Niyazi oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.