Bu gün Bakıda dəhşətli yol qəzası baş verib.

Unikal.org Lent.az--a istinadən xəbər verir ki, səhər saat 7 radələrində Sabunçu rayonu ərazisində - Zabrata gedən yolda "BMW X5" markalı avtomobil 55-60 yaşlı qadını vurub. Zərbənin gücündən qadın hadisə yerində ölüb və tanınmaz hala düşüb.

Ölən qadının şəxsiyyətini dəqiqləşdirmək hələlik mümkün olmayıb. Araşdırma aparılır.