Abşeronda yolu keçən bacı-qardaşı maşın vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, noyabrın 21-də saat 19 radələrində Abşeron rayonu ərazisində Mehdiabad qəsəbə sakini Ceyhun Zeynalov idarə etdiyi "Hyundai markalı avtomobillə yolu keçən həmyerliləri Qiymət Dünyamalıyevanı və onun qardaşı Nuşirəvanı vurub.

Piyadalar xəstəxanaya yerləşdirilib, Nuşirəvan orada ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.