Mingəçevir şəhərində sükan arxasında səhhəti pisləşən sürücü qəza törədib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin Ş.İ.Xətai küçəsində baş verib.
Belə ki, şəhər sakini, 1990-cı il təvəllüdlü Nəcəf Vidadi oğlu Abdullayev "VAZ-2108" markalı avtomobillə hərəkətdə olarkən qəfil keçirdiyi qıcolma (sudurğa) səbəbindən idarəetməni itirib. Nəticədə maşın əks istiqamətdə hərəkətdə olan və Mingəçevir Şəhər Mühafizə Polisinə məxsus "VAZ-2106" markalı avtomobillə toqquşub.
Hadisə zamanı N. Abdullayev xəsarət alıb. O, xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.