Binəqədi şossesində bu gecədən etibarən hərəkət bərpa olunur.

Unikal.org xəbər verir ki, bu barədə "Azəravtoyol "ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Feysbuk hesabında məlumat yayıb.

Qurum rəsmisi qeyd edib ki, şosse boyu tikinti işlərinin əsas hissəsi yekunlaşıb: "Bundan sonra təmir-tikinti işləri hərəkət tam dayandırılmadan, hissə-hissə məhdudlaşdırma tətbiq olunmaqla davam etdiriləcək. O cümlədən, asfalt-beton örtüyünün son qatının döşənməsi işləri də iş prosesinə uyğun olaraq görüləcək.