Bakıda təcili yardım xidmətinə məxsus avtomobilin sürücüsü döyülüb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda baş verib.

Belə ki, Yüzbəy Mürsəlov küçəsi, 92 ünvanında 1984-cü il təvəllüdlü İmamverdiyev Şamil İmamverdi oğlu qəfil naməlum şəxsin hücumuna məruz qalıb. Nəticədə o, döyülüb. Yaralı sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinə məlumat verilib.