Abşeronda intihar hadisəsi baş verib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, Goradil qəsəbə sakini, 1955-ci il təvəllüdlü Aydın Manaf oğlu Manafov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.