Xəbər verdiyimiz kimi, ötən gün APA TV-nin əməkdaşı, tanınmış jurnalist Natiq Qədimov dünyasının dəyişib. 41 yaşlı jurnalistin ürək tutmasından vəfat edib.
Unikal.org-un məlumatına görə, tanınmış jurnalistlə vida mərasimində mərhumun ailə üzvləri, yaxın dostları və tanınmış media nümayəndələri iştirak ediblər.
Cənazə mərhumun Bakıdakı C.Naxçıvani küçəsində yerləşən evindən götürülüb.
Qeyd edək ki, jurnalist Natiq Qədimov Maştağa qəbiristanlığında son mənzilə yola salınıb.