Xəbər verdiyimiz kimi, Türkiyənin bəzi bölgələrində qar yağıb. Temperatur bəzi yerlərdə mənfi 17-19 dərəcəyə düşüb. Mənbəyi Türkiyədən başlayan Kür çayı da donub.
Unikal.org xəbər verir ki, Türkiyənin Ardahan kəndinin mərkəzindən keçən Kür çayı tamamilə donub.
Xatırladaq ki, uzunluğu 1515 km olan Kür çayı Türkiyə, Gürcüstan Azərbaycanın ərazisindən axır. Kür öz başlanğıcını Türkiyənin şimal-şərqindəki buzlaqlardan götürür, Türkiyə və Gürcüstandan keçərək Azərbaycan ərazisinə daxil olur. Burada Kür özünün ən böyük qolu olan Araz çayı ilə birləşərək, Xəzər dənizinə tökülür.