Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakıda 5 məktəbdə şagirdlər arasında keçirilən sorğu bəzi valideyinlərin narahatlığına səbəb olub.
Unikal.org-a daxil olan məlumatda bildirilir ki, valideyinlər məktəblərdə keçirilən sorğunun daha çox marketinq funksiyası daşıdığını və bəzi sulların isə orta məktəb şagirdlərinə uyğun olmadığını iddia ediblər.
Həmin sorğudakı sualların bəzilərini təqdim edirik:
- Övladınız busqalter geyinibmi?
- Aybaşı olmusunuzmu?
- Xəstələnəndə ən çox hansı dərmanlardan istifadə edirsiniz? və.s...
Anketdə sırf səhiyyə ilə bağlı suallar ünvanlanıb. Təhsillə əlaqədar isə heç bir sual qeyd edilməyib. Sözügedən anketlər şagirdlərə təqdim edilib. Bildirilib ki, valideynlər suallarla tanış olduqdan sonra, gəlib məktəbdə cavablandırmalıdırlar. Bu da bəzi valideynlərin narahatçılığına səbəb olub.
Sorğunun keçirildiyi yerlərdən biri də Yasamal rayonunda yerləşən Telman Abbasov adına 225â„–-li tam orta məktəbdir.
Məktəbin direktoru Sevda Eminova Unikal.org-a açıqlamasında bildirib ki, sözügedən sorğu Bakı şəhəri üzrə Təhsil İdarəsinin göstərişi və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
"Bizim məktəbdə 60 şagird arasında bu sorğu keçirilir. Sorğu 11-12, 15-16 yaşlı şagirdlər arasında baş tutacaq. Sorğudan sonra şagirdlər noyabr ayının 28-i, həftənin 2-ci günü həkimlərin müayinəsindən də keçəcəklər. Məqsəd uşaqların sağlamlığını yoxlamaqdır.
Sorğuda ünvanlanan bəzi suallara gəldikdə isə Sevda Eminova vurğulayıb ki, bu barədə daha ətraflı Səhiyyə Nazirliyinin müvafiq qurumu və rayon poliklinikası aydınlıq gətirə bilər: "Bəzi sualları özüm də anlaya bilmirəm. Yaxşı olar ki, bu sualları təşkilatçıların özləri açıqlasınlar. Hər halda, bu sorğu məktəbimizə gəlməzdən əvvəl müvafiq qurumların süzgəcindən keçib.
Həmin layihənin təşkilatçıları və Səhiyyə Nazirliyinin nümayəndələri Nərmin və İnara adlı xanımlar sualımıza belə cavab verib:
"Tədbir, Bakının 5 məktəbində 60 şagird arasında Dövlət Proqramı çərçivəsində Səhiyyə və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə, Moskvadan gələn bir qrup professor həkimlər tərəfindən keçirilir. Burada qəbahət bir şey yoxdur. Sorğudan sonra həkimlər şagirdləri müayinə edəcək və bundan sonra nəticələri valideyinlərə təqdim edəcəklər. Müayinəni valideynlər istəsə müdaxilə etməmək şərti ilə, kənardan gəlib izləyə bilərlər.
Onlar anketdəki bəzi sualların valideynlərin narahatlıq yaratmasına da münasibət bildirib: "Sözügedən anket Rusiyadan bizə göndərilib. Bəzi valideynlər rus dilini başa düşmədiyi üçün Azərbaycan dilində də tərcümə etmişik. Suallarda isə qəbahət heç nə yoxdur.
Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Unikal.org-a sorğu göndərməyi tövsiyyə edib. Bildirib ki, sorğu göndərildikdən sonra məsələ ilə bağlı araşdırma aparılıb, onlara ünvanlanan suallar cavablandırılacaq.