"Aqrolizinq ASC-nin regional nümayəndəliyinin fəaliyyətində nöqsanlar aşkar edilib.
Kənd Təsərrüfatı Nazirliyindən Unikal.org-a verilən məlumata görə, nazirliyin müvafiq əmrinə əsasən "Aqrolizinq ASC-nin Sabirabad Regional nümayəndəliyinin 1 iyul 2015-ci il tarixdən 4 iyul 2017-ci il tarixədək olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyyətinin daxili auditi aparılıb. Audit nəticəsində mineral gübrələrin saxlanılması və istifadəsi ilə bağlı nümayəndəliyin fəaliyyətində bir sıra ciddi nöqsanlar aşkar edilib.
Müəyyən edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.