Lerik rayonuna güclü qar yağıb.

Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, qar bu gün günorta saatlarından yağmağa başlayıb.

Lerikin Orand, Nuravut, Pirəsura və Sorsçay kəndlərinə 15 sm qar yağıb, rayon mərkəzinə 10 sm-ə yaxın qar düşüb.

Hazırda qar yağmaqda davam edir.