Noyabrın 22-də Şirvan şəhərinin N.Tusi küçəsində şəhər sakini Əlikram Xurşidov həmyerlisi Niyaməddin Alıyevlə münaqişə edib səs-küy yaratdığına görə həmin ərazidə xidmət aparan ŞPŞ-nin əməkdaşı, polis mayoru Elçin Talıbov tərəfindən intizama dəvət edilib.
DİN-dən Unikal.org-a verilən məlumata görə, Lakin Ə.Xurşidov polisin qanuni tələblərinə tabe olmayıb, onun ayağına daşla xəsarət yetirib.
Ə.Xurşidov saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
E.Talıbova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.