Böyük Britaniyanın Ekseter Universitetinin alimləri insan hüceyrələrinin cavanlaşmasının yeni üsulu olan resveratrol maddəsi tapıblar. Yeni maddə qırmızı şərab, tünd şokolad, üzüm və qaragilənin əsas komponentidir.
Unikal.org hi-news.ru saytına istinadla xəbər verir ki, sınağın gedişatında ekspertlər resveratrolun köməyi ilə hüceyrələri aktiv bölünməyə və telomerləri (xromosomların axır hissələri) uzatmağa məcbur edə biliblər. Məsələ ondadır ki, telomerlərin qısalması insan hüceyrələrinin qocalmasının əsas əlamətidir. Hər bölünmədə telomer qısalır və qısalma "qaytarılmayan nöqtələrə çatanda hüceyrə öz funksiyasını yerinə yetirməyi dayandırır.
Alimlərin yuxarıda təsvir edilən kəşfi onların daha əvvəlki tədqiqatlarına əsaslanıb. Həmin tədqiqatlar zamanı aydın olub ki, splaysinq faktorları adlanan bir sıra zülallar qocalma müddətində "sönür, bunun nəticəsində də hüceyrələr bölünmək imkanını itirirlər. Məlum olub ki, həmin genləri geri qaytarmaq olar. Daxiletməyə isə məhz resveratrol cavab verir.
Ekspertlərin rəhbəri həkim Lorina Harris dəyişmiş hüceyrələri görəndə təəccübləndiyini söyləyib. Onun dediyinə görə, bütün yaşlı hüceyrələr cavanlaşıb. Təcrübə göstərir ki, resveratrollu preparatlar və məhsullardan istifadə yaşlı hüceyrələrin funksiyasının bərpasını təmin edir.