Tibbdə, psixologiyada orta yaş krizisi (böhranı) adlanan bir anlayış var. Orta yaş dedikdə, məhz 40 yaş nəzərdə tutulur. Ümumiyyətlə, insan doğulduğu andan ölənədək müxtəlif yaş krizislərindən keçməli olur.
Unikal.org-un A24.az-a istinadən xəbərinə görə, mütəxəssislər bildirirlər ki, kişilər 30-50 yaş aralarında ölümə bir addım daha yaxın olurlar. 35-45 yaşlar arasında olan kişilərdə somatik xəstəliklər inkişaf edir. Ürəkdə problemlər, qan təzyiqinin artması, seksual fəallığın azalması üst-üstə yığılaraq aktiv həyatın sonunun çatması barədə narahatlıq, problemlər yaradır. Nəticədə özləri də hiss etmədən depressiyaya düşür, ölümə doğru addım atırlar.
35-55 yaşlı kişilər həyat yoldaşlarından emosional cəhətdən daha çox asılıdırlar. Bu səbəbdən ailədəki ən xırda problemə qarşı dözümsüzdürlər. Həyat yoldaşı ilə mübahisə və boşanma, yaxınların, dostların ölümü, ciddi xəstəliyin yaranması onlar üçün çəkilməz dərdə çevrilir. Yaxınların mənəvi dəstəyinin azalması, şəxsi həyatdakı ciddi problemlər isə əsas səbəblərdəndir. Kişilər təbiətən hisslərini, həyəcanlarını gizlətməyə meyllidirlər. Aylarla, illərlə ürəklərində ağır dərd daşıyır, sonra da gözlənilmədən ya intihar edir, ya vəfat edir, ya da ağır xəstəliyə mübtəla olurlar.
Bir neçə gün öncə hər kəsin "ANSçi tanıdığı telejurnalist Natiq Qədimovun vaxtsız ölümü 40 yaş böhranını və bu böhranı keçə bilməyən məşhurlarımızı bir daha xatırlatdı.
Qeyd edək ki, keçmiş "ANS və "APA TV-də çalışmış Natiq Qədimov 2 iyul 1976-cı ildə Bakı şəhərində anadan olmuşdu. Bu yaxınlarda ikinci dəfə ata olacaq N.Qədimov dünən gecə 41 yaşında ürək tutmasından dünyasını dəyişib. Həmkarlarından birinin dediyinə görə, Natiq işdən çıxıb evə gələndə valideynlərinə, qardaşına zəng edərək qonaq çağırıb. Doğmaları ilə son dəfə görüşən jurnalist onların gözü qarşısında, qəfildən, elə süfrə başındaca dünyasını dəyişib.
Ötən il sıralarımızı çox tez tərk edən jurnalistİlqar Qulusoyda Natiq Qədimovla eyni taleni yaşayıb.
İ.Qulusoy N.Qədimov kimi süfrə başında olmasa da, çox erkən yaşda, eynən ürək tutmasından vəfat edib. Dostları ilə "Azərbaycan nəşriyyatının həyətindəki meydançada futbol oynayarkən qəfil yıxılıb. Lider TV-nin tanınmış əməkdaşı olan İlqar 10 Iyul 2016-cı ildə, 36 yaşında həm əzizlərini, həm də 2 azyaşlı övladını gözüyaşlı qoyaraq bu dünyayla əbədi vidalaşıb.
Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar komandasının kapitanı, Azərbaycan Respublikası Milli Məclisinin 3 çağırış deputatı olmuşAnar Məmmədxanlının qəfil ölüm xəbərini eşidəndə çoxları inanmamışdı.
Özünəməxsus səs temri, ifa tərzi ilə seçilən və sevilən müğənniRüfət Mehdiyevdə 40 yaş təhlükəsini keçə bilməyən məşhurlardan olub.
Dövrünün kifayət qədər tanınan və sevilən müğənnisi Elçin Cəlilovda sevənlərini vaxtsız gözüyaşlı qoyub.