Lənkəran rayonundan Neftçalaya toya gələn şəxs qəfildən ölüb.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Surra kəndində yerləşən "Kür-Xəzər" şadlıq sarayında qeydə alınıb.
Belə ki, Lənkəran rayonunun Mamusta kənd sakini, 1958-ci il təvəllüdlü Arif Vəli oğlu Bəqiyevin toy mərasimində halı pisləşib və o, özündən gedib. Hadisə yerinə Təcili Tibbi Yardım maşını çağırılıb.
A.Bəqiyev Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasın dəyişib.