Ötən gecə Qəbələdə baş vermiş ağır yol qəzasında ölən gənclərlə bağlı bəzi məqamlar üzə çıxıb. 

Unikal.org Lent.az xəbər verir ki, saat 01 radələrində Qaraməryəm-Oğuz-Şəki yolunun Qəbələnin Zarağan kəndindən keçən hissəsində Xəlilov Məcid Feyzulla oğlunun idarə etdiyi "Toyota RAV 4" markalı 90-NB-811 dövlət nömrə nişanlı avtomobillə toqquşan "VAZ 2107dəki gənclər ofisiant işləyirmiş. Belə ki, Qəbələnin Mıxlıqovaq kənd sakini, 1992-ci il təvəllüdlü İsmayılov Sirus Müşfiq oğlu və sərnişini, 1994-cü il təvəllüdlü Səmədov Rufan Əflatun oğlu ofisiant işlədikləri oteldən çıxıb gecə saatlarında evə tələsirmiş. Əlverişsiz hava şəraitində onların olduğu avtomobil qarşıdan gələn "Toyotaya çırpılıb və hər iki gənc hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

10:22

Qəbələdə iki minik avtomobilinin toqquşması nəticəsində 8 nəfərin xəsarət aldığı açıqlanıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki,  ötən gecə saat 1:00 radələrində Oğuz-Qəbələ yolunda 90-NB-811 dövlət nömrə nişanlı, "Toyota Rav 4" markalı minik avtomobili ilə 66-BV-214 dövlət nömrə nişanlı, "VAZ 2107 markalı avtomobilin toqquşması nəticəsində "VAZ 2107nin sürücüsü Qəbələnin Mıxlıqovaq kənd sakini, 1992-ci il təvəllüdlü İsmayılov Sirus Müşfiq oğlu və sərnişini 1994-cü il təvəllüdlü Səmədov Rufan Əflatun oğlu hadisə yerində ölüb.

"Toyota Rav 4ün sürücüsü, Bakının Nəsimi rayon sakini, 1960-cı il təvəllüdlü Xəlilov Məcid Feyzulla oğlu, onun Bakı sakinləri olan sərnişinləri - 1959-cu il təvəllüdlü Xəlilova İradə Abbas qızı, 1987-ci il təvəllüdlü Qasımov Orxan Vaqif oğlu, 1990-cı il təvəllüdlü Elşən Əhmədov, "VAZ 2107də olan sərnişinlər, Qəbələ sakinləri - 1977-ci il təvəllüdlü Tərlan Alıcanov, 1991-ci il təvəllüdlü Rüstəm Mahmudov, 1997-ci il təvəllüdlü Hacı Hacıyev, 1997-ci il təvəllüdlü Rəvan Zərbəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcili yardım stansiyasının avtomobilləri ilə Qəbələ rayon Mərkəzi Xəstəxanası və Qəbələ Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar.

Hazırda onların vəziyyəti ağır olaraq qalır.


Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.






Qəbələdə iki avtomobil toqquşub, ölənlər var.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bu gün saat 01:00 radələrində Oğuz-Qəbələ yolunda, Qəbələnin Zarağan kəndində Bakı şəhər, Nəsimi rayon sakini, 1960-cı il təvəllüdlü Xəlilov Məcid Feyzulla oğlunun idarə etdiyi "Toyota Rav 4" markalı 90-NB-811 dövlət nömrə nişanlı avtomobillə Qəbələnin Mıxlıqovaq kənd sakini, 1992-ci il təvəllüdlü İsmayılov Sirus Müşfiq oğlunun idarə etdiyi "VAZ 2107" markalı, 66-BV-214 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Nəticədə S. İsmayılov və sərnişini, 1994-cü il təvəllüdlü Səmədov Rufan Əflatun oğlu hadisə yerində ölüb. "Toyotada olan 3 sərnişin isə xəsarət alıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.