Rusiyanın Perm şəhərində döyülərək öldürülən azərbaycanlı tələbə Bakıya gətirilərək dəfn olunub.
Unikal.org xəbər verir ki, Permdəki Azərbaycan diasporunun sədri Çingiz İsayev APA-nın Rusiya bürosuna bildirib ki, Permdəki Farmakoloji Akademiyanın tələbəsi Hüseyn Mustafayev noyabrın 26-da doğulduğu Bakıda şəhərində torpağa tapşırılıb.
Qeyd edək ki, noyabrın 18-19-na keçən gecə Permdəki Farmakoloji Akademiyanın tələbəsi, Azərbaycan vətəndaşı, 1990-cı il təvəllüdlü Mustafayev Hüseyn Etibar oğlu naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.
H. Mustafayev xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, o, noyabrın 23-də xəstəxanada keçinib.
Hadisədən bir neçə gün sonra onu döyən şəxslər polis tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.