Fövqəladə Hallar Nazirliyinin Bakıda top mərmisinin tapılması ilə bağlı məlumat yayıb.
Unikal.org-un nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xətai rayonu ərazisində 2 ədəd zenit top mərmisinin aşkarlanması barədə məlumat daxil olub. Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti dövlət qurumları, o cümlədən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) məlumatlandırılıb. XRXX və ANAMA-nın mütəxəssisləri aşkarlanmış sursatlara baxış keçiriblər.
Müəyyən olunub ki, mərmilərdən biri təlim-tədris təyinatlıdır, digəri döyüş tətbiqinə yararlıdır. Əraziyə təkrar baxış keçirilib və digər partlayış təhlükəli əşya aşkarlanmayıb. Mərmilər zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Əməliyyat başa çatıb. -‹
***
Noyabrın 27-si, saat 22:08-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 10 ünvanında 2 ədəd partlamamış hərbi sursatın olunması barədə məlumat daxil olub.
ANAMA-dan unikal.org-a daxil olan məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti və Daxili İşlər Nazirliyinin nümayəndələri dərhal həmin əraziyə göndərilib.
Agentliyin, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Daxili İşlər Nazirliyinin nümayəndələri ilə birlikdə həmin ərazidə avtopark ərazisinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində ərazidən 2 ədəd 30 mm-lik zenit top mərmisi (OFZ) aşkar edilib, zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş mərmilərin ətrafında 50 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.