Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu ərazisində antik dövr və son tunc, ilk dəmir dövrünə aid abidələr aşkarlanıb.
Unikal.org xəbər verir ki, bunu trend-ə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şahtaxtı arxeoloji ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev deyib.
Onun sözlərinə görə, rayon ərazisində aparılan tədqiqat işləri zamanı 4 qədim yaşayış məskəni, 3 nekropol tapılıb. Tədqiqatlar zamanı ilk orta əsrlərə aid 3 yaşayış məskəni, ilk tunc dövrünə aid 1 yaşayış məskəni, antik dövrə aid 1 nekropol, son tunc və ilk dəmir dövrünə aid 2 nekropol aşkarlanıb.
Q.Ağayev qeyd edib ki, tapılan yeni abidələr bu ərazinin insanların ən qədim yaşayış yerləri olduğunu bir daha sübut edir.